Almaniyanın ixracı və idxalı azalıb | Banco.az

Almaniyanın ixracı və idxalı azalıb

Müəllif: Mehin Qasımova /Banco.az 

Almaniyanın ixracı və idxalı azalıb.

Banco.az xəbər verir ki, bu barədə Ekonomim xəbər verib.

Belə ki, 2023-cü ilin avqust ayında Almaniyadan 127,9 milyard avro dəyərində mal ixrac edilərkən,  111,4 milyard avro dəyərində mal idxal edilib.

Əvvəlki ayla müqayisədə ixrac 1,2 faiz, idxal isə 0,4 faiz azalıb.

Məlumata görə,  ixracın 0,4 faiz azalacağı, idxalın isə 0,5 faiz artacağı əvvəldən bəlli idi. Xarici ticarət balansı 16,6 milyard avro müsbət saldo verib.

Ticarət balansı 2023-cü ilin iyulunda 17,7 milyard avro, 2022-ci ilin avqustunda isə 2,0 milyard avro müsbət saldoya malik olub.

Avqust ayında Avropa İttifaqına (Aİ) üzv olan ölkələrə 69,6 milyard avro dəyərində məhsul ixrac edilib və bu ölkələrdən isə 60,0 milyard avro dəyərində mal idxal edilib.

Ən sərfəli kredit üçün müraciət et

2023-cü ilin iyul ayı ilə müqayisədə Aİ ölkələrinə  ixrac 1,5% azalıb, bu ölkələrdən idxal isə 1,9% artıb. 

2023-cü ilin avqust ayında Avrozona ölkələrinə 48,8 milyard avro (-2,6%) dəyərində mal ixrac edilib, bu ölkələrdən isə 40,2 milyard avro (+3,2%) dəyərində mal idxal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et