Almaniyanın işgüzar sferasında vəziyyət pisləşir | Banco.az

Almaniyanın işgüzar sferasında vəziyyət pisləşir

Tamara Mustafayeva, Banco.az

Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (IFO) tərəfindən edilən açıqlamaya görə, ölkədə şirkətlərin ümumi vəziyyəti ürəkaçan deyil.

Koronavirusa yoluxma dinamikasının artması səbəbilə yeni məhdudiyyətlərin tətbiq edilməsi fonunda ölkədə iqtisadi etibarlılıq səviyyəsi aşağı düşüb. 

IFO-nun işgüzar sferaya dair noyabr proqnozları gözləniləndən daha kəskin geriləmə ilə 94,7-dən 91,5-ə düşüb. Qeyd edək ki, müəssilərin müvəqqəti bağlandığı xidmət sektorunda vəziyyət olduqca pisdir.

İqtisadi Tədqiqatlar İnstitutunun hesabatına görə, bu ay qonaqlama, səyahət, qida və içki sektorlarını özündə birləşdirən xidmət sferasıda fəaliyyət göstərən şirkətlərin 70%-dən çoxu iflas etməklə bağlı narahatlıq duyur, təqribən 20%-i isə bu ayı başa vura biləcəklərindən belə əmin deyillər.

Almaniyada vəziyyət həftənin çərşənbə günü daha da pisləşə bilər

Kansler Angela Merkel və regional liderlər koronavirus tədbirləri barədə qərar qəbul edəcəklər. Bununla yanaşı, sözügedən tədbirlərin növbəti istirahət mövsümünün əksər hissəsini əhatə edib-etməyəcəyinə də qərar veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Avropa bankları pandemiyadan sonra da məsafədən işləməyi dəstəkləyir

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et