Müəllif:Ayşən İmanova/Banco.az
Almaniyanın dörd federal əyaləti "Volkswagen" fabriklərinin bağlanmasına və işçilərin ixtisarına qarşı çıxıb.
Banco.az xəbər verir ki, bu barədə "Deutschlandfunk" radiostansiyası məlumat yayıb.
Qeyd olunur ki, Aşağı Saksoniya, Hessen, Saksoniya və Berlin birləşərək konsernin zavodlarının bağlamayacağına dair zəmanət axtarırlar.
Bu əyalətlərin iqtisadiyyat nazirlərinin birgə sənədində bildirilir ki, bütün iş yerləri qorunmalıdır və ayrı-ayrı müəssisələr bir-birinə qarşı qoyulmamalıdır.
Dörd federal əyalət də işçilərə sərt ixtisarları rədd edir və işçiləri işlə təmin etmək üçün yeni müqavilə imzalamağa çağırır.
Xatırladaq ki, "Volkswagen" bu yaxınlarda Alman həmkarlar ittifaqı ilə onilliklər ərzində davam edən əmək müqaviləsini dayandırıb. Sentyabr ayında avtomobil istehsalçısı xərcləri azaltmaq üçün bu il 15 min işçinin işdən çıxarılmasına icazə verib.