Almaniyanın dəmir yollarına 86 milyard avroluq investisiya | Banco.az

Almaniyanın dəmir yollarına 86 milyard avroluq investisiya

Almaniyada dəmir yolu şəbəkəsini təzələmək üçün 86,2 milyard avroluq sərmayə qoymaq məsələsində federal hökumət və "Deutsche Bahn" (Almaniya Dəmiryolları Şirkəti) razılaşıb. 10 illik bir müddəti əhatə edəcək təmir layihəsinin maliyyələşdirilməsi xəzinənin vəsaiti və "Deutsche Bahn"ın vəsaiti hesabına həyata keçiriləcək.

Almaniyanın nəqliyyat naziri Andreas Scheuer Cümə günü verdiyi açıqlamada tərəflərin "Almaniyanın indiyə qədərki ən böyük dəmir yolu yeniləmə layihəsi" məsələsində razılaşdığını bildirib.

Sözügedən investisiyada məqsəd ətraf mühiti qorumaq və qatarların gecikməsini aradan qaldırmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Nəqliyyat naziri Scheuer layihə çərçivəsində köhnəlmiş rels sisteminin dəyişdiriləcəyini, dəmiryolu körpülərinin vəziyyətinin yaxşılaşdırılacağını və xüsusilə əlil insanların hərəkətini asanlaşdırmaq məqsədilə memarlıq dəyişiklikləri ediləcəyini bildirib.

"Deutsche Bahn" son illərdə baş verən ləngimələrə görə tənqid olunur. Gecikmələr 6 dəqiqəyə qədər olur və 2018-ci ildə hər dörd qatardan birində gecikmə baş verib. "Deutsche Bahn" 2018-ci ildə gecikmələr üçün ümumilikdə 53 milyon avro təzminat ödəmək məcburiyyətində qalıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et