Almaniyanın daşınmaz əmlak bazarında rekord ucuzlaşma qeydə alınıb | Banco.az

Almaniyanın daşınmaz əmlak bazarında rekord ucuzlaşma qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın daşınmaz əmlak bazarında rekord ucuzlaşma qeydə alınıb.

Banco.az xəbər verir ki, Almaniyada ipoteka mənzil maliyyəsi təmin edən Alman İpoteka Bankları Assosiasiyası (VDP) ümumilikdə ötən ilin və son rübün mənzil qiymətləri məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Almaniyanın daşınmaz əmlak bazarında böhranın sonu hələ də görünmür.

Bildirilənə görə, 2023-cü ilin dördüncü rübündə mənzil qiymətləri əvvəlki rüblə müqayisədə orta hesabla 1,6 faiz ucuzlaşıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 6,1 faiz azalma olub.

Ən sərfəli kredit üçün müraciət et

Alman kommersiya daşınmaz əmlak qiymətləri son rübdə əvvəlki rübə nəzərən 4,9 faiz, illik isə 12,1 faiz azalaraq qeydlərin tutulmasından bu yana ən kəskin enişi reallaşdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et