"Rusiyaya qarşı olan sanksiya siyasəti Almaniyada kiçik və orta biznesin məhvinə gətirib çıxarır" – deyə bazar ertəsi “Compact ” jurnalına verdiyi intervyusunda Brandenburq vilayətinin deputatı Frans Vize qeyd edir.
Banco.az ria.ru portalına istinadən xəbər verir.
“Rusiyaya qarşı Avrobirliyin sanksiyalara eyni zamanda da Merkelin siyasi boykotu Brandenburqda orta təbəqəli sahibkarlığın məhvinə gətirib çıxarır. Məlumatıma görə Merkelin Rusiyaya qarşı olan siyasəti ölkədə artıq 90 müflisləşmə hadisəsinə səbəb olub. Meyvəçilik sahəsində ixtisaslaşmış kəndlilər, kütləvi şəkildə alma ağaclarını kəsirlər. Və bütün bunların səbəbkarı boykot siyasətidi ” – deyə Vize bildirir.
Xəbərlə bağlı qeyd edək ki, 2014-cü ilin mart ayından etibarən Qərb ölkələri Rusiyanın Ukraynadakı mövqeyiylə bağlı bir neçə sanksiyalar qəbul edib.