Almaniyada şirkət iflasları son 11 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Almaniyada şirkət iflasları son 11 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniya Federal Statistika İdarəsi (Destatis) noyabr ayı üçün iflas müraciətləri məlumatlarını açıqlayıb. 

Banco.az xəbər verir ki,noyabr ayında iflas müraciətləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 5,7 faiz artıb.

Ofis həmçinin yanvar-sentyabr ayları ərzində ölkədəki şirkət və fərdi iflaslar haqqında yekun məlumatları açıqlayıb.

Sözügedən dövrdə 18 min 125 şirkət müflis olduğunu elan edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% artım deməkdir.

Beləliklə, müflisləşmələrin sayı son 11 ildə ən yüksək səviyyəyə çatıb.