Almaniyada sənaye istehsalı proqnozları üstələdi | Banco.az

Almaniyada sənaye istehsalı proqnozları üstələdi

Tamara Mustafayeva, Banco.az

Almaniyada sənaye istehsalı oktyabr ayında proqnozları üstələyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropanın ən böyük iqtisadiyyatına malik ölkəsi Almaniyada tədarük çatışmazlıqlarına baxmayaraq oktyabr ayı üzrə sənaye istehsalı göstəricisi proqnozlardan yuxarı olub.

Almaniya Federal Statistika Komitəsinin məlumatına görə, oktyabr ayında ölkənin sənaye istehsalı aylıq əsasda 2,8% artım göstərib. Ekspertlərin median proqnozu isə 1%-i işarə edirdi.

Qeyd edək ki, sənaye istehsalı illik əsasda isə 0,6% geriləyib ki, proqnozlar bu geriləmənin 2,9% olacağını göstərirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram