Müəllif: Tamara Mustafayeva, Banco.az
Noyabrda Almaniyanın sənaye istehsalı gözləntiləri doğrulda bilməyib.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) noyabr ayı üzrə sənaye istehsalı ilə bağlı müvəqqəti məlumatı açıqlayıb.
Buna görə, ölkədə mövsüm və təqvim təsirlərindən kənarlaşdırılmış sənaye istehsalı noyabr ayında əvvəlki aya görə 0,2 faiz artıb. Ekspertlər isə 0,3 faiz artım proqnozlaşdırmışdılar.
Açıqlamada enerji tutumlu sənayelərdə də istehsalın noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,2 faiz artdığı bildirilib.
Məlumatlar, enerji və tikinti istisna olmaqla, sənaye istehsalının noyabr ayında əvvəlki ayla müqayisədə 0,5 faiz artdığını ortaya qoyur. Sözügedən dövrdə sənaye istehsalında əsas vəsaitlərin istehsalı 1,1 faiz, aralıq malların istehsalı isə 1,1 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!