Müəllif - Aida İsaq, Banco.az
Almaniya pərakəndə satışların ümumi dövriyyəsi 2022-ci ilin fevral ayı ilə müqayisədə 2023-cü ilin mart ayında 10,3% azalıb.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin bəyanatına əsasən məlum olub ki, müvafiq səviyyə 1994-cü ildən bəri indeksin ən əhəmiyyətli dərəcədə azalmasıdır. Diqqətlər ərzaq məhsullarının qiymətlərinin ümumi inflyasiyadan üç dəfə sürətlə artmasına yönəldilib.
Qeyd edək ki, cari ilin aprelində Böyük Britaniyada da ərzaq qiymətlərinin illik artım tempi rekord 15,7% həddə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!