Almaniyada müflis olan şirkətlərin sayı ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Almaniyada müflis olan şirkətlərin sayı ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada iflasa uğramış şirkətlərin sayı 23 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Almaniyanın Halle İqtisadi Araşdırmalar İnstitutu (IWH) noyabr ayında ölkədə müflisləşən şirkətlərin sayının bu il ən yüksək həddinə çatdığını açıqlayıb.

IWH şirkətlərin noyabr ayı üzrə iflas göstəriciləri hesabatını dərc edib.

Bu hesabata görə, Almaniyada sözügedən dövrdə şirkətlərin və şərikliklərin müflisləşmə ərizələri 2021-ci ilin noyabr ayı ilə müqayisədə 23 faiz artaraq 808-ə çatıb.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniyada enerji xərclərinin artmasına səbəb olmaqla yanaşı, beynəlxalq təchizat zəncirindəki pozulmalar ölkədə istehsal üçün idxal olunan bir çox ara malları bahalaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et