Almaniyada mart ayında istehlak qiymətləri 2,3% artıb, bu son 6 ayın ən minimal göstəricisidir | Banco.az

Almaniyada mart ayında istehlak qiymətləri 2,3% artıb, bu son 6 ayın ən minimal göstəricisidir

Müəllif - Fərid İslamov - Banco.az

 Almaniyada Avropa İttifaqının standartlarına uyğun olaraq hesablanan istehlak qiymətləri 2025-ci ilin mart ayında illik ifadədə 2,3% artıb. Bu barədə ölkənin Federal Statistika İdarəsi (Destatis) ilkin məlumat yayıb.

Artım tempi son altı ay ərzində ən minimal göstərici olub.

Əvvəlki ayla müqayisədə istehlak qiymətləri 0,4% artıb.

Trading Economics-in məlumatına görə, analitiklər mart ayında inflyasiyanın illik ifadədə 2,4%, aylıq ifadədə isə 0,5% olacağını proqnozlaşdırırdılar.

Fevral ayında bu göstəricilər müvafiq olaraq 2,6% və 0,5% təşkil edib.

Alman standartlarına əsasən hesablanan istehlak qiymətləri mart ayında illik ifadədə 2,2%, fevral ayı ilə müqayisədə isə 0,3% artıb.

Ekspertlər isə illik ifadədə 2,2% və aylıq ifadədə 0,4% artım gözləyirdilər.