Almaniyada LNG terminalları üçün vahid operator yaradılır | Banco.az

Almaniyada LNG terminalları üçün vahid operator yaradılır

Müəllif - Aida İsaq, Banco.az

Almaniyadakı bütün üzən mayeləşdirilmiş təbii qaz (LNG) terminalları “Deutsche Energy Terminal GmbH” şirkətinin səlahiyyətinə veriləcək. 

Banco.az xəbər verir ki, şirkət hökumət tərəfindən yaradılıb. Qurumun ölkədə beş reqazifikasiya qurğusuna cavabdeh olacağı bildirilir. Hazırda yalnız iki qurğunun hazır olduğu məlumdur. Yaxın aylarda daha iki terminalın da müvafiq siyahıya qoşulması gözlənilir. Dörd qurğunun ümumi gücünün ildə 33 milyard kubmetr qaz həcmində olduğu qeyd olunur.

Qeyd edək ki, ekspertlər LNG sektorunda müşahidə olunan mövcud irəliləyişlərin ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini bildirib. Bundan başqa, məlumata görə, Almaniya hakimiyyəti Rusiyadan asılılığı aradan qaldırmaq üçün bütün lazımi tədbirlərin görülməsinə çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram