Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada ixtisaslı işçi qüvvəsi ilə bağlı problem istehsal sənayesindən sonra indi də xidmət sektoruna təsir göstərməyə başlayıb.
Banco.az xəbər verir ki, Almaniyada istehsalı məhdudlaşdıran ixtisaslı işçi çatışmazlığı getdikcə daha da pisləşir.
Münhendə yerləşən Ifo İnstitutunun dərc etdiyi son araşdırmaya görə, Avropanın ən böyük iqtisadiyyatında hazırda daha çox şirkət sözügedən problemdən əziyyət çəkir.
Belə ki, araşdırmanın əsasını təşkil edən sorğuda iştirak edən 9000-ə yaxın firmanın 43 faizindən çoxu iyul ayında ixtisaslı işçi çatışmazlığı ilə üzləşdiklərini bildiriblər.
Qeyd edək ki, cari ilin aprel ayında bu problemlə üzləşdiklərini söyləyən şirkətlərin sayı 42 faizdən bir qədər çox olduğu halda, 2022-ci ilin iyulunda bu nisbət demək olar ki, 50 faizə çatıb ki, bu da bu vaxta qədərki ən yüksək göstəricidir.
Ifo İnstitutu hüquq və mühasibat şirkətlərinin dörddə üçünün ehtiyac duyduqları işçi qüvvəsini tapa bilmədiklərini və bu vəziyyətin xüsusilə xidmət sektoruna ağır zərbə vurduğunu yazır. İnstitutun araşdırmasına görə, nəqliyyat, memarlıq və mühəndislik sahəsində də oxşar problemlər var.
Bizi sosial şəbəkələrdən izləyin!!