Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada GFK İstehlakçı İnam İndeksi mart ayında proqnozlardan aşağı düşüb və son 13 ayın ən aşağı səviyyəsinə geriləyib.
Banco.az xəbər verir ki, Almaniyada GFK İstehlakçı İnam İndeksi mart ayında -24,7 dəyərini alıb.
Əvvəlki ay -22,4 olan indeksin mart ayında -21,6 səviyyəsinə yüksəlməsi gözlənilirdi.
Yüksək qiymətlərin siyasi qeyri-müəyyənlik və istehsal sektorundakı davam edən durğunluqla birlikdə istehlakçı inamına mənfi təsir etdiyi müşahidə olunur.
Alt indekslərdən alış meyli indeksi -8,4 səviyyəsindən -11,1 səviyyəsinə, gəlir gözləntiləri indeksi isə -1,1-dən -5,4-ə geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!