Almaniyada işsizlərin sayı gözlənildiyi qədər artmayıb | Banco.az

Almaniyada işsizlərin sayı gözlənildiyi qədər artmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada ötən ay  işsizlik səviyyəsi gözləniləndən az artıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Məşğulluq Agentliyi (BA) işsizlik göstəriciləri ilə bağlı may ayı məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, ölkədə mövsümi təsirlərdən kənarlaşdırılmış əsasda işsizlərin sayı may ayında əvvəlki ayla müqayisədə 9 min nəfər artaraq 2 milyon 573 min nəfərə çatıb. İqtisadçılar bu rəqəmin 15 min nəfər artmasını gözləyirdilər.

Sözügedən dövrdə mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik nisbəti isə 5,6 faizdə dəyişməz qalıb.

Qeyd edək ki, Almaniya hökuməti işsizlik səviyyəsinin 2023 və 2024-cü illərdə müvafiq olaraq 5,4 faiz və 5,2 faiz olacağını proqnozlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et