Almaniyada işsiz əhalinin sayı gözləniləndən çox artıb | Banco.az

Almaniyada işsiz əhalinin sayı gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada işsizlərin sayı 2,5 milyon nəfərə çatıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Məşğulluq Agentliyi (BA) noyabr ayı üzrə işsizlik məlumatlarını açıqlayıb.

Bu məlumatlara görə, ölkədə yüksək enerji qiymətləri və inflyasiyaya baxmayaraq, işsizlərin sayı cəmi 17 min artaraq 2 milyon 538 minə çatıb. Proqnozlar isə 14 min artım istiqamətində idi.

Mövsümi təsirlərin kənarlaşdırıldığı işsizlik nisbəti də noyabr ayında 5,5 faizdən 5,6 faizə qalxıb.

Federal Məşğulluq Agentliyinin (BA) İdarə Heyətinin üzvü Daniel Terzenbax əmək bazarında stabilliyin olduğunu söyləyərək nəticələri dəyərləndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram