Almaniyada investor inamı pisləşməkdə davam edir | Banco.az

Almaniyada investor inamı pisləşməkdə davam edir

Tamara Mustafayeva, Banco.az

Almaniyada iqtisadi proqnozlar indeksi sentyabr ayında da geriləyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ZEW İnstitutunun proqnozlar indeksi avqustda mənfi 55,3-dən mənfi 61,9-a düşüb. Ekspertlər bu göstəricinin 59,5 olacağını gözləyirdilər. Cari vəziyyət indeksi də mənfi 47,6-dan mənfi 60,5-ə geriləyib.

ZEW İnstitutunun prezidenti Ahim Vambax məsələ ilə bağlı belə fikir bildirib:

"Qış ayları üçün enerji qıtlığının proqnozlaşdırılması gözləntilərin pisləşməsinə səbəb olub. Çindəki artım da buna mənfi təsir göstərib. Statistika sifarişlərin, istehsal və ixracatın azaldığını göstərir".

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et