Almaniyada investor inamı kəskin şəkildə aşağı düşüb | Banco.az

Almaniyada investor inamı kəskin şəkildə aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada investor inamı yanvar ayından bəri ən aşağı səviyyəyə düşüb.

Banco.az xəbər verir ki, Almaniyada ZEW iqtisadi proqnozlar indeksi avqust ayında 41,8 punktdan 19,2 punkta qədər geriləyib.

İqtisadçılar indeksin 34 punkt olacağını düşünürdülər.

Mövcud şərtlər indeksi də mənfi 77,3 səviyyəsində reallaşıb ki, bu da proqnozlardan yuxarı göstəricidir. İndeks ötən ay mənfi 68,9 punkt idi.

Xatırladaq ki, ötən həftə ölkədə açıqlanan məlumatlar Avropanın ən böyük iqtisadiyyatında hadisələrin gedişi ilə bağlı suallar doğurmuşdu. Belə ki, Almaniya iqtisadiyyatı ikinci rübdə təəccüblü şəkildə 0,1 faiz daralıb. İyul ayında özəl sektorun fəaliyyəti də yaxşılaşmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, son vaxtlar bəzi müsbət göstəricilər də diqqəti cəlb edir. İyun ayında ölkədə fabrik sifarişləri və sənaye istehsalı artıb.

Ancaq ixracatda davam edən zəiflik, istehsal sənayesində problemlərin davam etdiyinə diqqət çəkir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram