Almaniyada inflyasiyanın artım tempi zəifləyib | Banco.az

Almaniyada inflyasiyanın artım tempi zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada ilk oxunuş nəticələri avqust ayında inflyasiyanın zəiflədiyini göstərib.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcələrində yeni bir azalmaya hazırlaşarkən Almaniyada son inflyasiya məlumatları səlahiyyətliləri rahatlaşdıran mənzərə yaradıb.

İlk oxunuşun nəticələrinə görə, ölkədə Aİ-yə uyğun başlıq inflyasiya illik 2 faiz artıb. "Bloomberg" sorğusunda iştirak edən iqtisadçılar artımın 2,2 faiz olacağını gözləyirdilər.

İyulda ölkədə illik inflyasiya 2,6 faiz təşkil edirdi.

Aylıq olaraq isə mənfi inflyasiya müşahidə olunub. Avqustda Almaniyada istehlak qiymətləri aylıq müqayisədə 0,2 faiz azalıb. İyulda aylıq inflyasiya 0,5 faiz idi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, qiymət artımlarının Avropa Mərkəzi Bankının (ECB) proqnozlarına uyğun olaraq mülayim qalması, əmək haqqı təzyiqlərinin azalması və iqtisadi sürətin dayanması ilə əlaqədar olaraq səlahiyyətlilər sentyabr ayında faiz dərəcəsinin azaldılmasına müsbət baxırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et