Almaniyada inflyasiyanın artım sürəti azalıb | Banco.az

Almaniyada inflyasiyanın artım sürəti azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada inflyasiya sürəti noyabr ayında zəifləyib.

Banco.az xəbər verir ki, Almaniya Statistika İdarəsinin məlumatlarına görə, Avropa İttifaqına (Aİ) uyğun gələn istehlak qiymət indeksi noyabr ayında illik 11,3 faizə enib. Oktyabrda bu göstərici 11,6 faiz idi.

Enerji xərclərinin azalması inflyasiyanın artım sürətindəki zəifləməyə təsir göstərib. Analitiklər də inflyasiyanın 11,3 faiz olacağını gözləyirdilər.

Aylıq inflyasiya isə dəyişməz olaraq qalıb. Ötən ay 1,1 faiz artım qeydə alınmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram