Almaniyada inflyasiya proqnozladan aşağıdır | Banco.az

Almaniyada inflyasiya proqnozladan aşağıdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Destasis Almaniyada iyun ayı inflyasiya nisbətini illik olaraq 2 faiz açıqlayıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) Aİ-ə uyğunlaşdırılmış istehlakçı qiymət indeksinə dair iyun ayı göstəricilərini yayımlayıb.

Destatis iyun ayında istehlakçı qiymətlərinin illik əsasda 2 faiz artdığını açıqlayıb. Bloomberg-in sorğusunda iştirak edən 15 iqtisadçı isə orta hesabla 2,2 faizlik yüngül bir artım proqnozlaşdırırdı. May ayında illik inflyasiya 2,1 faiz səviyyəsində idi.

Almaniyada istehlakçı qiymətləri aylıq əsasda 0,1 faiz artıb. Bloomberg sorğusunda iştirak edən iqtisadçılar isə aylıq əsasda 0,3 faiz artım gözləyirdi. May ayında isə aylıq inflyasiya 0,2 faiz səviyyəsində idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram