Müəllif - Aida İsaq, Banco.az
Almaniyada inflyasiya 2022-ci ildə 7,9%-lə rekord həddə çatıb.
Banco.az xəbər verir ki, inflyasiyanın yüksək həddə çatmasına əsas səbəb enerji və ərzaq məhsullarının bahalaşması olub. Eyni zamanda, enerji qiymətlərində 2021-ci illə müqayisədə ötən il 34,7% artım qeydə alınıb.
Bundan başqa, son məlumatlara əsasən, Aİ-nin ən böyük iqtisadiyyatına sahib Almaniyanın ümumi daxili məhsulu 2022-ci ildə 1,9% artıb. Əvvəlki proqnozlara görə isə müvafiq göstəricinin 1,8% olacağı gözlənilirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!