Almaniyada inflyasiya gözləniləndən çox artıb | Banco.az

Almaniyada inflyasiya gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İyulda Almaniyada inflyasiya illik 2,6 faiz artıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi iyul ayı üzrə qiymət artımı ilə bağlı ilkin məlumatları açıqlayıb.

Buna görə, Almaniyada istehlak qiymətləri indeksi (CPI) iyul ayında 0,4 faiz proqnozların əksinə olaraq 0,5 faiz artıb.

Digər tərəfdən, ölkədə Aİ-yə uyğun CPI iyul ayında illik 2,6 faiz artıb. Proqnozlar 2,5 faiz artım istiqamətində idi. İyun ayında Almaniyada inflyasiya illik 2,5 faiz artım göstərmişdi.

Almaniyada enerji xərcləri iyun ayına nisbətən daha az aşağı düşsə də, ərzaq qiymətlərində təzyiqlər artıb, xidmət sektorunda isə sabit qalıb. Bu vəziyyət Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrini daha da aşağı salmasına səbəb ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Almaniyada istehsal ikinci rübdə təəccüblü şəkildə 0,1 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et