Almaniyada inflyasiya 2021-ci ilin minimumuna düşüb | Banco.az

Almaniyada inflyasiya 2021-ci ilin minimumuna düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada inflyasiya 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına görə, oktyabr ayında Aİ-yə uyğun İstehlakçı Qiymət İndeksi (CPI) illik əsasda 3 faiz artıb.

Bu, 2021-ci ilin iyun ayından bəri ən aşağı səviyyədir. “Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçıların gözləntiləri 3,3 faiz olub. Əvvəlki ayda inflyasiya isə 4,3 faiz idi.

CPI aylıq əsasda 0,1 artım proqnozlarına qarşı 0,2 faiz azalıb. Əvvəlki ay bu göstərici üzrə 0,2 artım qeydə alınmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu gün xəbər verdiyimiz kimi, Almaniya iqtisadiyyatında 3-cü rübdə daralma qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram