Almaniyada inflyasiya 20 ildə ilk dəfə ikirəqəmli həddə çatıb | Banco.az

Almaniyada inflyasiya 20 ildə ilk dəfə ikirəqəmli həddə çatıb

Tamara Mustafayeva, Banco.az

Almaniyada illik inflyasiya sentyabr ayında 10,9 faizə yüksələrək ölkənin avro valyutaya keçdiyi təxminən 20 illik dövr ərzində ilk dəfə ikirəqəmli həddə çatıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniyada inflyasiyanın artım dinamikası sentyabr ayında da davam edib.

Sentyabrda ölkədə istehlak qiymətləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz artıb. "Bloomberg"in sorğusunda iştirak edən iqtisadçılar inflyasiyanın 10,2 faiz olacağını gözləyirdilər.

Məlumatlara görə, sentyabr ayı ərzində qiymətlər aylıq 2,2% artıb ki, ekspertər 1,5% artım proqnozlaşdırmışlar.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, avqustda illik inflyasiya 8,8 faiz qeydə alınmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et