Almaniyada illik inflyasiya yenidən artıb | Banco.az

Almaniyada illik inflyasiya yenidən artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada illik inflyasiya iyun ayında yüksələrək üç aylıq enişini başa vurub.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika Komitəsi (Destatis) iyun ayı üzrə qiymət artımları ilə bağlı yekun məlumatları dərc edib.

Məlumatlar göstərir ki, ölkədə may ayında 6,1 faiz olan illik inflyasiya iyun ayında 6,4 faizə çatıb. 

Almaniyada aylıq inflyasiya isə 0,3 faiz artıb. Yekun məlumatlar daha əvvəl dərc edilmiş ilkin məlumatları təsdiqləyib.

Qeyd edək ki, enerji və ərzaq Almaniyada ən böyük qiymət təyinedicilər kimi seçilir. Belə ki, sözügedən dövrdə bir il əvvəllə müqayisədə ərzaq məhsulları 13,7 faiz, enerji məhsulları 3 faiz bahalaşıb. 

Ən sərfəli kredit üçün müraciət et

İyun ayında enerji və ərzaq məhsulları istisna olmaqla inflyasiya isə 5,8 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et