Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada fabrik və zavod sifarişləri proqnozlardan aşağı olub.
Banco.az xəbər verir ki, Almaniya Statistika İdarəsinin məlumatlarına görə, noyabr ayında ölkədə fabrik-zavod sifarişləri 0,3 faiz artıb.
Proqnozlar 1,1 faiz artım istiqamətində idi.
Oktyabr ayında isə sifarişlər 3,8 faiz azalmışdı.
Proqnozları doğrulda bilməyən göstəricilər Almaniyanın istehsal sektorunun zəif qlobal tələb və enerji böhranının kölgəsində qalmaqda davam etdiyini göstərir.
İqtisadçılar Avropanın ən böyük iqtisadiyyatının pandemiyadan sonra ilk dəfə tənəzzülə girəcəyini gözləyirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!