Almaniyada fabrik və zavod sifarişləri azalıb | Banco.az

Almaniyada fabrik və zavod sifarişləri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada fabrik-zavod sifarişləri aprel ayında gözlənilənlərin əksinə olaraq azalıb.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) monetar sərtləşdirmə dövrünə son qoymağa hazırlaşarkən, regionun ən böyük iqtisadiyyatından qarışıq siqnallar gəlir.

Belə ki, may ayı üzrə satınalma menecerləri indeksi sektorda canlanmaya işarə etsə də, Almaniyanın fabrik və zavod sifarişlərinə dair göstəricilər mənfi olub.

Məlumata görə, Almaniyada aprel ayında fabrik sifarişləri əvvəlki ayla müqayisədə 0,2 faiz azalıb. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların proqnozları fabrik sifarişlərinin 0,6 faiz artacağı istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

İllik əsasda isə Almaniyada fabrik və zavod sifarişləri aprel ayında əvvəlki ilə nəzərən 1,6 faiz azalıb. Bu baxımdan proqnozlar isə 0,3 faiz artıma işarə edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram