Bundestaqda Yunanıstana 86 milyard avronun ayrılması üzrə kredit müqaviləsi səsverməyə çıxarılacaq
Almaniya parlamenti Yunanıstana maliyyə yardımının göstərilməsi üzrə səsverməyə hazırlaşır.
Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, bu barədə ölkə parlamentinin aşağı palatasının prezidenti bəyan edib. Onun sözlərinə görə, bu gün xüsusi sessiyasının keçirilməsi nəzərdə tutulub. Təbdir zamanı Yunanıstana 86 milyard avronun ayrılması üzrə kredit müqaviləsi səsverməyə çıxarılacaq. Reuters-un xəbərinə əsasən, Bundestaq sədri Norbert Lammer parlament üzvlərini sessiyada iştirak etməyə dəvət edib. Bir çox deputat Afinaya yardımın göstərilməsi məsələsini şübhə altına salır.
Bu yaxınlarda Almaniya maliyyə naziri Volfqanq Şoyble Yunanıstanın borclarının silinməsini qeyri-mümkün olduğunu adlandırıb. Lakin o möhlətin ola biləcəyini istisna etməyib.
14 avqust tarixində Avropa qrupu Yunanıstana yardım planını qəbul edib. Sənəddə qeyd edilir ki, Afinaya ayrılacaq 86 milyard avro altı il müddətində icra olunacaq. İlk tranşın 20 avqust tarixində həyata keçirilməsi nəzərdə tutulub. Yaxın aylarda kreditləşmə proqramınaBeynəlxalq Valyuta Fondunun qoşulacağıda gözlənilir.
Yunanıstanın dövlət borcu 312 milyard avro təşkil edir. Bu göstərici ümumi daxili məhsulun 180 faizi deməkdir.
Ölkədəki gərginlik 1 iyul tarixində baş verən defoltdan sonra baş verib.