Müəllif:Ayşən İmanova/Banco.az
Bundestaq (Almaniya parlamenti) 2024-cü il üçün Ukraynaya 400 milyon avro məbləğində əlavə yardımın ayrılmasını təsdiqləyib.
Banco.az xəbər verir ki, bu barədə “RND”yə müsahibəsində
Almaniya Müdafiə Nazirliyinin Kiyevə yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri Kristian Froydinq deyib.
"Bu, bizə bu il ümumi dəyəri 1,4 milyard avro olan 50 layihəni həyata keçirməyə imkan verəcək", - o bildirib.
Froydinq qeyd edib ki, Almaniya Ukraynaya dəstəyini davam etdirəcək. Təkcə ötən həftə Kiyevə iki ədəd “IRIS-T SLM” və “SLS” zenit-raket kompleksi verilib. İlin sonuna kimi daha iki zenit sistemi, piyadaların döyüş maşınları, tanklar və artilleriya sursatları tədarük ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!