Müəllif - Aida İsaq, Banco.az
Almaniya ÜDM-nin aşağı düşməsi fonunda iqtisadi böhrana doğru addımlayır.
Banco.az xəbər verir ki, Almaniya Statistika Agentliyinin məlumatına görə, ümumi daxili məhsul (ÜDM) ardıcıl olaraq ikinci rüb azalıb. Bu ilin birinci rübündə 0,3 faiz, 2022-ci ilin dördüncü rübündə isə 0,5 faiz azalma qeydə alınıb.
Qeyd olunur ki, müvafiq vəziyyət Rusiya yanacağını almaqdan imtina edilməsi fonunda elektrik enerjisinin qiymətinin kəskin artması səbəbindən yaranıb. Alternativ təchizat mənbələrinin olmamasına görə, Almaniya sənayesi iqtisadiyyata və yerli sakinlərə mənfi təsir göstərən problemlərlə üzləşib.
Məlumata görə, qeyri-müəyyən vəziyyət davam edərsə Aİ ciddi nəticələrlə üzləşəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!