Almaniya Mərkəzi Bankı iqtisadi artım proqnozunu yeniləyib | Banco.az

Almaniya Mərkəzi Bankı iqtisadi artım proqnozunu yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Bundesbank” iqtisadiyyatın daralma proqnozunu yenidən nəzərdən keçirib.

Banco.az xəbər verir ki, Almaniya Mərkəzi Bankı (Bundesbank) iqtisadiyyata dair aprel hesabatını dərc edib.

Hesabatda sənaye istehsalındakı canlanmaya görə Almaniya iqtisadiyyatının birinci rübdə artım ehtimalının olduğu bildirilib.

Qeyd olunub ki, ölkə iqtisadiyyatı 2023-cü ilin birinci rübündə bir ay əvvəlki proqnozları üstələyib. Bununla da, Almaniya iqtisadiyyatı “ardıcıl olaraq iki rüb ÜDM-də azalma” kimi ifadə edilən texniki tənəzzülə daxil olmayacaq.

Mərkəzi Bankın hesabatında həmçinin vurğulanıb ki, ölkədə işsizlik gələn ay bir qədər azalacaq, yüksək məşğulluq isə şəxsi istehlakı dəstəkləməyə davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Almaniya hökuməti isə bu il iqtisadiyyatda 0,2 faiz artım proqnozlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et