Almaniya iqtisadiyyatının tənəzzüldən xilas olma ehtimalı artıb | Banco.az

Almaniya iqtisadiyyatının tənəzzüldən xilas olma ehtimalı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada sənaye istehsalı yenidən artaraq iqtisadiyyatın tənəzzüldən çıxacağına dair gözləntiləri artırıb.

Banco.az xəbər verir ki, Almaniya Statistika İdarəsinin məlumatına görə, sənaye istehsalı fevral ayında 2,1 faiz artıb.

Bu ayın artımına baxmayaraq, Avropanın ən böyük iqtisadiyyatında ümumi istehsal hələ də pandemiyadan əvvəlki səviyyədən aşağıdır. Çünki, ölkənin istehsal sektoru Ukrayna müharibəsi və pandemiya səbəbiylə artan enerji qiymətlərindən zərər çəkmişdi.

Xatırladaq ki, cümə günü açıqlanan göstəricilərə görə, ölkədə fabrik-zavod sifarişlərində də məhdud artım müşahidə olunub. IFO İnstitutunun biznes inamı və ZEW investor proqnozları da ötən ay yaxşılaşıb. Bu da, öz növbəsində, iqtisadiyyatın tənəzzüldən yayınma ehtimallarını gücləndirir.

Qeyd edək ki, “Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçılar Almaniya iqtisadiyyatının ilin birinci rübündə 0,1 faiz daralacağını gözləyirlər. Ötən ilin son rübündə iqtisadiyyat 0,3 faiz daralmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram