Almaniya iqtisadiyyatında sürpriz artım qeydə alınıb | Banco.az

Almaniya iqtisadiyyatında sürpriz artım qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniya III rübdə təəccüblü şəkildə böyüyüb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) ilin III rübü üzrə ümumi daxili məhsul (ÜDM) üzrə göstəriciləri açıqlayıb. 

Buna görə, ölkədə mövsüm və təqvim təsirlərinin kənarlaşdırıldığı ÜDM bu ilin üçüncü rübündə əvvəlki rübə nəzərən 0,3 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım göstəricisi 1,1 faiz hesablanıb.

Destatis üçüncü rübdəki sözügedən artımın özəl istehlak xərclərinə əsaslandığını da vurğulayıb.

Xatırladaq ki, ilin II rübündə Almaniya iqtisadiyyatı rüblük əsasda 0,1 faiz, illik əsasda isə 1,7 faiz artım göstərmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram