Müəllif: Tamara Mustafayeva, Banco.az
“Bundesbank”: Almaniya iqtisadiyyatı zəifləyir.
Banco.az xəbər verir ki, Almaniya Mərkəzi Bankı (Bundesbank) ölkə iqtisadiyyatının yay aylarında daralmağa davam etdiyini və iqtisadi fəaliyyətlərin son rübdə zəif qalacağının gözlənildiyini bildirib.
Almaniya Mərkəzi Bankının (Bundesbank) iqtisadiyyatla bağlı dərc etdiyi oktyabr hesabatında Almaniya iqtisadiyyatının hələ də 2022-ci ilin ortalarından bəri davam edən zəif fazada ilişib qaldığı bildirilib.
Bəyan edilib ki, hazırda iqtisadiyyatın əhəmiyyətli, geniş əsaslı və uzunmüddətli resessiya baxımından tənəzzülə girməsi gözlənilmir.
Hesabatda yazda 0,1 faiz azalan Almaniyanın ümumi daxili məhsulunun (ÜDM) ilin üçüncü rübündə yəqin ki, "yenidən bir qədər azalma" göstərəcəyi qeyd edilib.
“Bugünkü perspektivdən iqtisadi aktivlik dördüncü rübdə durğunlaşa bilər”, proqnozu hesabatda öz əksini tapıb.
Hesabatda Almaniyada Avropa İttifaqına uyğun illik inflyasiyanın sentyabr ayında 1,8 faizə düşməsinə baxmayaraq, ilin sonuna qədər yenidən yüksəlməsi ehtimalının olduğu bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!