Almaniya iqtisadiyyatı üçüncü rübdə 0,4% artıb | Banco.az

Almaniya iqtisadiyyatı üçüncü rübdə 0,4% artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya iqtisadiyyatı ilin III rübündə əvvəlki rüblə müqayisədə 0,4 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) ölkəiqtisadiyyatının ilin üçüncü rübünü əhatə edən yekun artım məlumatlarını dərc edib.

Buna görə, Almaniyada mövsüm və təqvim təsirlərindən kənarlaşdırılmış Ümumi Daxili Məhsul (GSYH) üçüncü rübdə əvvəlki rübə görə 0,4 faiz artıb. 

Destatis Almaniya iqtisadiyyatının davam edən Kovid-19 pandemiyasına, tədarük narahatlıqlarına, artan qiymətlərə və Ukraynadakı müharibəyə baxmayaraq, ilin ilk üç rübündə müvafiq olaraq 0,8 faiz,  0,1 faiz və 0,4 faiz artdığınl qeyd edib.

Ölkədə ÜDM ötən ilin üçüncü rübü ilə müqayisədə isə 1,3 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram