"Almaniya iqtisadiyyatı texniki tənəzzüldən qismən xilas olacaq" | Banco.az

"Almaniya iqtisadiyyatı texniki tənəzzüldən qismən xilas olacaq"

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya İqtisadiyyat Nazirliyi: Ölkə iqtisadiyyatı birinci rübdə texniki tənəzzüldən qismən xilas olacaq.

Banco.az xəbər verir ki, Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyi ölkə iqtisadiyyatına dair aylıq hesabatını dərc edib.

Hesabatda iqtisadi göstəricilərin birinci rübdə nəzərəçarpacaq bərpaya işarə etdiyi vurğulanaraq bildirilib ki, sənaye və tikinti istehsalında ləvazimat çatışmazlığının aradan qaldırılması, enerji qiymətlərinin aşağı düşməsi və əlverişli hava şəraiti rtımı dəstəkləyib.

"Ümumilikdə, ÜDM-in əvvəlki rüblə müqayisədə bir qədər artacağı gözlənilir", deyə qeyd olunan hesabatda vurğulanıb ki, iki rüb ardıcıl olaraq ÜDM-də azalma kimi ifadə edilən “texniki tənəzzül”ün qarşısı alına bilər.

Ən sərfəli kredit üçün müraciət et

Zəif özəl istehlak, tikinti sektorunda vəziyyətin pisləşməsi, maliyyə institutlarında son problemlər və Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar geosiyasi qeyri-müəyyənliklər Almaniya iqtisadiyyatına təsir edəcək risklər kimi göstərilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et