Almaniya iqtisadiyyatı dördüncü rübdə kiçilib | Banco.az

Almaniya iqtisadiyyatı dördüncü rübdə kiçilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

2022-ci ilin son rübündə Almaniya iqtisadiyyatı 0,2 faiz kiçilib.

Banco.az xəbər verir ki, 2022-ci ilin son rübündə Almaniya iqtisadiyyatı enerji böhranı və rekord inflyasiya səbəbiylə əvvəlki rüblə müqayisədə 0,2 faiz daralıb.

Almaniya Federal Statistika İdarəsinin (Destatis) aparıcı məlumatlarına görə, Almaniyada mövsüm və təqvim təsirlərindən kənarlaşdırılmış ÜDM göstəricisi son rübdə azalıb. Buna baxmayarq, sözügedən göstəricidə ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artım qeydə alınıb.

Bazar ekspertləri isə Almaniya iqtisadiyyatının son rübdə dəyişməz qalacağını gözləyirdilər. Üçüncü rübdə isə əvvəlki rüblə müqayisədə 0,5 faiz artım reallaşmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Destatis son rüb üzrə ətraflı məlumatları fevralın 24-də açıqlayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et