Almaniya iqtisadiyyatı 0,3 faiz kiçilib | Banco.az

Almaniya iqtisadiyyatı 0,3 faiz kiçilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın ən böyük iqtisadiyyatı Almaniya ötən ilin son rübündə proqnozlara uyğun olaraq 0,3 faiz daralıb.

Banco.az xəbər verir ki, ölkə iqtisadiyyatı sözügedən dövrdə illik əsasda isə 0,4 fai kiçilib ki, proqnozlar da məhz bu istiqamətdə idi.

İqtisadiyyatın daralmasına inflyasiya, yüksək enerji qiymətləri və zəif xarici tələb əsas rol oynayıb.

Ötən ilin birinci rübündə Almaniyada ÜDM 0,1 faiz artdığı halda, ilin ikinci və üçüncü rübündə dəyişməz qalıb.

Qeyd edək ki, IFO İnstitutu 2024-cü ilin birinci rübündə Almaniya iqtisadiyyatında 0,2 faiz daralma gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et