Müəllif - Aida İsaq, Banco.az
Almaniyada enerji qiymətlərinin sürətlə bahalaşması fonunda elektrik enerjisinə tətbiq edilən qiymət limitinin dəyəri may ayına qədər 14,5 milyard avro təşkil edəcək.
Banco.az xəbər verir ki, bu barədə Almaniya maliyyə nazirliyinin müşaviri Florian Tonkarın bundestaqın büdcə komitəsinə göndərdiyi məktubda qeyd olunub. Bildirilir ki, fevral və mart aylarında ötürücü şəbəkələrin xərcləri üçün 2,14 milyard avro subsidiya tələb olunacaq.
Qeyd edək ki, ölkədə bu ay qüvvəyə minən elektrik enerjisi ilə bağlı qiymət limiti 2024-cü ilin aprel ayına qədər qüvvədə olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!