"Almaniya 2023-cü ildə tənəzzülün qarşısını ala bilər" | Banco.az

"Almaniya 2023-cü ildə tənəzzülün qarşısını ala bilər"

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Komissiyasının hesablamalarına görə, Almaniya bu il tənəzzülə uğramaya bilər.

Banco.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının “Avropa İqtisadi Proqnozları 2023 Qış” hesabatı dərc olunub.

Hesabata görə, Avropanın ən böyük iqtisadiyyatına malik Almaniya üçün bu il 0,2 faiz artım gözlənilir. Bunun əsas səbəbi kimi isə ölkənin artıq enerji böhranından xilas olması göstərilib.

Qeyd edək ki, Aİ Komissiyasının əvvəlki “Payız” hesabatında Almaniya iqtisadiyyatının 2023-cü ildə 0,6 faiz kiçiləcəyi proqnozlaşdırılırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda həmçinin bildirilib ki, Komissiyanın 2023-cü il üçün Almaniya inflyasiya proqnozu 7,5 faizdən 6,3 faizə endirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et