Almaniya 105 ədəd “Leopard” tankı sifariş etməyi planlaşdırır | Banco.az

Almaniya 105 ədəd “Leopard” tankı sifariş etməyi planlaşdırır

Müəllif:Ayşən İmanova/anco.az

Almaniya “KNDS” silah şirkətindən 2,93 milyard avro dəyərində 105 “Leopard-2A8” tankı sifariş etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Məlumata görə, layihənin parlamentin təsdiqinə ehtiyacı var. Müraciət təsdiqlənsə, tankların 2030-cu ilə qədər Almaniya ordusuna təhvil verilməsi gözlənilir.

Bildirilib ki, sifariş olunan texnikanın bir hissəsi NATO-nun Litvada yaradılan alman döyüş briqadasına göndəriləcək. Qalan tanklar Bundesverin modernləşdirilməsi çərçivəsində Almaniyada yerləşdiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram