Alman texnologiya firması satışlarını artırıb | Banco.az

Alman texnologiya firması satışlarını artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın texnologiya tədarükçüsü satışları 88,2 milyard avroya çatdırıb.

Banco.az xəbər verir ki, alman texnologiya şirkəti “Bosch” 2022-ci ildə bütün çətinliklərə baxmyaraq, kommersiya hədəflərini üstələyən nəticə əldə etdiyini açıqlayıb.

Belə ki, şirkət satışlarını əvvəlki illə müqayisədə 78,7 milyard avrodan 88,2 milyard avroya çatdırıb. 9,4 artıma bərabər olan bu artımdan əlavə, şirkət əməliyyatlardan 3,8 milyard avro EBIT (faiz və vergilərdən əvvəl mənfəət) əldə edib ki, bu da ötən ilin 3,2 milyard avroluq göstəricisindən çoxdur.

“Bosch”un ən böyük biznesi olan “Mobility Solutions” da satışlarının 16 faiz artaraq 52,6 milyard avroya (məzənnə təsirlərinə uyğunlaşdırıldıqdan sonra 12,1 faiz) çatdığını bildirib. Əməliyyatlar üzrə marja isə 0,7 faizdən 3,4 faizə yüksəlib ki, bu da gözləniləndən daha yaxşı nəticə deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et