Alman şirkətləri bu il sıfır artım və yüksək inflyasiya gözləyir | Banco.az

Alman şirkətləri bu il sıfır artım və yüksək inflyasiya gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada şirkətlər bu il iqtisadi artım olmayacağını, inflyasiyanın yüksək qalacağını gözləyirlər.

Banco.az xəbər verir ki, Almaniya Sənaye və Ticarət Palataları Assosiasiyası (DIHK) bütün sektorlardan 21 min alman şirkəti ilə ölkə iqtisadiyyatının perspektivləri ilə bağlı keçirdiyi sorğunun nəticələrini dərc edib.

Nəticələr göstərir ki, sorğuda iştirak edən alman şirkətlərinin 34 faizi iş statuslarını yaxşı, 51 faizi isə işlərini qənaətbəxş kimi qiymətləndirib. Şirkətlərin 15%-i də öz işlərini pis kimi qiymətləndirib.

Sorğuda iştirak edən şirkətlərin demək olar ki, dörddə biri növbəti 12 ay ərzində işdəki vəziyyətlərinin pisləşəcəyini gözlədiklərini qeyd ediblər.

DIHK növbəti 12 ay ərzində ölkənin iqtisadi vəziyyətinin qeyri-müəyyən qalması ehtimalı ilə bu il Almaniyada ÜDM artımını gözləmir.

Ən sərfəli kredit üçün müraciət et

DIHK-nın məlumatına görə, bu il inflyasiya səviyyəsi Avropa Mərkəzi Bankının (AMB) 2 faizlik hədəfindən xeyli yuxarı - 6 faiz təşkil edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et