Alman şirkətləri 2026-cı illə bağlı pessimistdirlər | Banco.az

Alman şirkətləri 2026-cı illə bağlı pessimistdirlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Alman şirkətləri 2026-cı illə bağlı pessimistdirlər.

Banco.az xəbər verir ki, İqtisadi Araşdırmalar İnstitutu (Ifo) alman şirkətlərinin 2026-cı ilə dair gözləntilərini əks etdirən sorğunun nəticələrini açıqlayıb.

Sorğunun nəticələrinə görə, alman şirkətlərinin əksəriyyəti gələn ilə ehtiyatla yanaşır. Şirkətlərin yalnız 14,9 faizi gələn il işlərinin daha yaxşı olacağını gözləyir. 26 faizi iqtisadi vəziyyətlərinin daha da pisləşəcəyini bildirərkən, 59 faizi isə hər hansı dəyişiklik gözləmir.

Şübhəçilik iqtisadiyyatın bütün sahələrinə yayılıb. Xüsusilə sənaye sektorunda şirkətlərin 26,5 faizi gələn il işlərin pisə doğru gedəcəyini düşünür. Bu sektorda 18,2 faiz isə gələn il vəziyyətin yaxşılaşacağına inanır.

Pərakəndə satış sektorunda şirkətlərin 32,5 faizi iş şəraitinin pisləşəcəyindən narahatdır. Xidmət sektorunda isə şirkətlərin 14 faizi yaxşılaşma, 23,2 faizi isə vəziyyətin pisləşməsini gözləyir.

Tikinti sektorunda şirkətlərin 33,2 faizi daha əlverişsiz şəraitin yaranacağını proqnozlaşdırır. Yalnız 10,3 faiz işlərinin daha yaxşı olacağını düşünür, 56,5 faiz isə heç bir dəyişiklik gözləmir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram