Alman avtomobil şirkətləri, 'Tesla' ilə Çin şirkətlərinə rəqabətdə uduzacaqlar | Banco.az

Alman avtomobil şirkətləri, 'Tesla' ilə Çin şirkətlərinə rəqabətdə uduzacaqlar

“BMW”, “Mercedes” və “Volkswagen” kimi şirkətlər, yanacaqlı mühərrikdən elektrikli mühərrikə keçmiş ABŞ və Çinin avtomobil istehsalçıları ilə rəqabətdə uduza bilərlər.

Bu barədə technote.az saytı  Clean Technicaya istinadən xəbər verib. 2016-cı ildə “BMW”, “Mercedes” və “Volkswagen” şirkətləri, 550 milyard dollar yatırmış (və bu məbləği yenidən götürmüş) və benzin ilə dizel mühərrikləri ilə çalışan avtomobillərin satışlarından 30 milyard dollar gəlir əldə etmişdilər. Yanacaq mühərriklər hələ də istifadə olunur və alman avtomobil istehsalçıları vaxtından əvvəl özləri üçün krizis yaratmaq istəmirlər.

Bunu həmçinin Almaniya höküməti də istəmir. Belə ki, ekoloji təmiz mühitin yaradılmasını istəyən Almaniya, bir faktı inkar edə bilmir ki, ölkənin ümumi daxili məhsulunun 14%-ni avtomobil sənayesi tutur.

“Alman avtomobil sənayesinə fasilə lazımdır. O etiraf etməlidir ki, qazıntı yanacağı yavaş-yavaş ölür. Baxmayaraq ki, yanacaqlı mühərriklər hələki istifadə olunur, müəyyən vaxtdan sonra hər şey dəyişəcək. Alman avtomobil sənayesi, modellərin daha az istehsalına diqqət ayırmalı və istehsalatdan qənaət edilmiş vəsaiti, elektromobillərə sərf etməlidir” – deyə “Opel” şirkətinin keçmiş CEO-su Karl-Thomas Neumann bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Neumann, alman avtomobil sənayesinə doğru gələn krizisi, “Tesla” şirkəti ilə əlaqələndirib.

“Tesla-dan öncə hamı, elektrikli avtomobillər haqqında yalnız ekologiya üzrə Kaliforniya şurasında irrasional üsullar kimi düşünürdü. Lakin indi daha çox ölkə, yanacaqlı mühərriklər vasitəsilə çalışan avtomobillərə qadağa qoymağa üstünlük verir. Hətta ekoloji mədəniyyəti aşağı olan Çin də adi avtomobil istehsalına qadağaları sərtləşdirir”.

“BMW”də yalnız elektromobillərlə məşğul olan şöbə yaradılmışdır. Lakin yeni i3 və i8 modellərinin satışları, investorları heç də qane etmədi. Nəticədə şirkət hibrid avtomobillərin (özündə həm elektrikli, həmdə yanacaq mühərrikli avtomobillərin özəlliklərini daşıyan modellər) istehsalına keçdi. “Volkswagen” isə söz verib ki, 2025-ci ilə kimi şirkətin müxtəlif brendlari altında 50 model elektromobil təqdim ediləcək.