Alman avtomobil nəhəngləri elektrikli avtomobilə 60 milyard avro investisiya qoyacaq | Banco.az

Alman avtomobil nəhəngləri elektrikli avtomobilə 60 milyard avro investisiya qoyacaq

Avtomobil dünyasında dəyişən meyllər oyunun qaydalarını dəyişdirir, rəqabətdə geri qalmaq istəməyən Almaniyanın avtomobil sənayesi də infrastruktur sərmayələrini artırmağa hazırlaşır.

Tərkibində 600 şirkət olan Almaniya Avtomobil Sənayesi Birliyindən (VDA) verilən məlumata görə, Almaniya şirkətləri qarşıdakı 3 il ərzində elektrikli və sürücüsüz avtomobillərə təxminən 60 milyard avro (68 milyard dollar) investisiya qoyacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

VDA Rəhbəri Bern Mattes, "Qarşıdakı 3 il ərzində elektromobil səhəsinə 40 milyard avro sərf edəcəyik. Sürücüsüz vasitələrə isə 18 milyard avro sərmayə qoymağı planlaşdırırıq" deyib.

VDA sədri, elektrikli avtomobillər üçün doldurma stansiyalarının genişləndirilməsi və sözügedən avtomobillərin alıcılarına təşviqlər təqdim edilməsi lazım olduğunu da sözlərinə əlavə edib.

Marja