Alman avtomobil nəhəngi silah istehsal edə bilər | Banco.az

Alman avtomobil nəhəngi silah istehsal edə bilər

Müəllif:Mehin Qasımova, Banco.az

"Volkswagen" qrupunun gələcəyinin qeyri-müəyyən göründüyü bir şəraitdə  şirkət silah və hərbi texnikanın istehsalında iştirak etməyə hazırdır.

Banco.az xəbər verir ki, bu barədə bu avtomobil nəhənginin baş direktoru  Oliver Blume bildirib. 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib.  Blume onu da qeyd edib ki, şirkət hələlik hərbi sənaye nümayəndələri ilə bunu ətraflı müzakirə etməyib. Bununla belə, o, VW-nin təklif edə biləcəyi bir çox variantın olduğunu vurğulayıb.

Qeyd edək ki, 2024-cü ildə qrupun əməliyyat mənfəəti 15 faiz azalıb.  Avropa və Çin  bazarlarında satışların sürətlə azalması avtomobil nəhəngini istehsal gücünü əhəmiyyətli dərəcədə azaltmağa məcbur edib.