Aliexpress: Bu tarixdən sonra sifariş olunan mallar gecikə bilər | Banco.az

Aliexpress: Bu tarixdən sonra sifariş olunan mallar gecikə bilər

AliExpress sifarişlərinizi gecikdirə bilər.

AliExpress şirkətinin nümayəndələri koronavirusa görə sifarişlərin gecikə biləcəyini rəsmi olaraq təsdiqləyiblər.

“AliExpress internet mağazasından 20 yanvar tarixindən sonra sifariş edilən malların göndərilməsində gecikmə müşahidə oluna bilər. Sifarişin vaxtında çatdırılması üçün əlimizdən gələni etməyə çalışırıq", – deyə şirkət nümayəndələri bildiriblər.

Xatırladaq ki, Çində koronavirus epidemiyası yayılandan sonra ölkənin əksər şirkət və kuryer xidmətlərinin Yeni il tətili fevralın 10-dək uzadıldı.

Ted.az